16 may 2014 - 11:24
Yəmən prezidenti: "Əl-Qaidə"ni məhv edənə kimi döyüşəcəyik"

O, "Əl-Qaidə" terror qruplaşmasının Yəməndə bəzi bölgələri nəzarətə götürdüyünü və hökumətin geniş əməliyyata başladığını bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Yəmən prezidenti Abdurrabbih Mənsur Hadi, "Əl-Qaidə" təhlükəsindən danışıb.

O, "Əl-Qaidə" terror qruplaşmasının Yəməndə bəzi bölgələri nəzarətə götürdüyünü və hökumətin geniş əməliyyata başladığını bildirib.Torpaqlarımızı tamamilə bu terrorçulardan təmizləyənə kimi əməliyyatlarımızı davam etdirəcəyik və bu təşkilata qarşı əsla dözümlülük göstərməyəcəyik" - deyə Yəmən prezidenti əlavə edib.

Islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags