Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
Rusiya KİV-i ABŞ-ın Ukraynada geniş casusluq fəaliyyətinə malik olmasından xəbər verib.
Rusiya kütləvi informasiya vasitələrinin bu barədə yaydığı məlumatlarda bildirilir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Amerikanın Federal Təhlükəsizlik Bürosunun əməkdaşları müşavir qismində Ukrayna liderləri ilə əməkdaşlıq edirlər.
Bu məlumata görə, amerikalı casuslar ölkənin cənub və şərq hissəsində hökumət əleyhinə etirazların yatırdılmasında, təhlükəsizlik bölmələrinin təşkil edilməsində Ukrayna rəsmilərinə məsləhətlər verirlər.
Rusiya mediasının yaydığı məlumatlara görə, Ağ Evin göstərişi əsasında MKİ və FTB-nin onlarla əməkdaşı Ukraynanın yeni hökumətinə hökumət əleyhinə etirazların yatırdılmasında habelə, Ukraynanın təhlükəsizliyini təmin etmək məqsədilə təsirli təhlükəsizlik sisteminin qurulmasında kömək edir.
Rusiya mediaları bundan öncə də bildirmişdilər ki, təqribən 150-ə yaxın amerikalı muzdlu silahlı Ukrayna hökumətinə etirazları yatırtmaqda kömək etmək üçün bu ölkənin şərqində yerləşən Donetsk şəhərinə ezam olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Tehran radiosu