Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Paytaxt Tehranın Muhəmməd Rəsulullah (səlləllahu əleyhi və alih) adına Sepahın (İslam İnqilabı Keşişkçiləri) sabiq Komandiri Hüseyn Həmədani Həmədan Şəhər Rəhbərliyi tərəfindən təşkil olunmuş toplatıda çıxış zamanı bildirib: “Suriyada vəziyyət yaxşılığa doğru gedir. Əlhəmdulillah İran İran İslam Respublikası artıq Suriyada ikinci Hizbullahı da qurdu.”
Suriya müharibəsini İran İslam Respublikasının ikinci “Müqəddəs Müdafiə” döyüşü olduğunu və 130 min iranlı könüllünün Suriyada döyüşməyə hazır olduğunu ifadə edən General Hüseyn Həmədani bildirib: "Allahın köməyi, İmam Xameneinin tədbirləri sayəsində şəhər döyüşləri taktikalarını çox yaxşı bir şəkildə icra edərək, İran Suriyada ikinci Hizbullahı qurmağı bacardı. Beləcə İslam Ordusunun verdiyi itkilərin sayında da ciddi azalmalar müşahidə olunur, həmçinin ölkədəki təhlükəsizlik keçmişə nisbətdə daha yaxşı bir səviyyədədir."
General Həmədani, İran İslam Respublikasının bölgədə hüzur və təhlükəsizliyi təmin etmək üçün döyüş təcrübələrini Suriya Milli Ordusuna köçürdüyünü və İran İslam Respublikasının bütün şəhərlərində "Suriya xalqını dəstəkləmə" komitələri qurulduğunu ifadə edərək "Suriya müqavimət fonunda olan tək ərəb hökumətidir. Bu ölkə müqavimətə verdiyi dəstəyin və fədakarlığın əvəzini ödəyir" –deyə bildirib.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır