Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə hakim kəsilmiş qeyrileqal vəhhabiyönlü Ali Xəlifə padşahlıq rejimi məzlum xalqa qarşı divan tutmaqda davam edir.
Hər ay rejimə qarşı sülhamiz etiraz aksiyaları təşkil edən Bəhreyn İnqilabçıları mənfur rejimin aqressiv muzdlularının zəhərli göz yaşardıcı və boğucu qazlar, odlu silahlar və. s. soyuq silahları ilə üzləşməli olurlar.
Videoçarxda müşahidə olunduğu kimi, Ali Xəlifə rejiminin güc strukturlarından bir nəfəri əlində odlu silah tutaraq iki Bəhreynli qadın xaylaqını təqib edir.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır