Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Naxçıvanın Sədərək qəsəbəsində bir neçə müəllimi həbs ediblər.
Bu haqda Qaynar.info-ya yerli mənbələr xəbər verib.
Məlumata görə Sədərək qəsəbəsində məktəblərin birinə başqa rayondan olan yeni direktor təyin olunub. Direktoru kollektivə Muxtar Respublikanın təhsil naziri təqdim edib. Amma bu zaman bir gənc müəllim ayağa qalxaraq buna etiraz edib. Bu isə söz davasına çevrilib. Hadisənin aprelin ortalarında baş verdiyi bildirilir. Bundan sonra gənc müəllim saxlanılıb və barəsində 15 sutka azadlıqdan mərhumetmə qərarı çıxarılıb.
Mənbə bildirir ki, bir neçə gün öncə buna etiraz edən daha 5 müəllim saxlanılıb. Onların da hər birinə 15 sutka həbs cəzası kəsilib. Sədərəkdəki mənbələr qeyd edirlər ki, bu müəllimlərlə bağlı Naxçıvan Təhsil Nazirliyinin kollegiyasında müzakirələr aparılır. Onların işdən azad edildiyi haqda da iddialar səsləndirilir.
Məsələ ilə bağlı açıqlama aldığımız mənbə faktı "Axar.az"a təsdiqlədi.
Etibarlı mənbə bildirdi ki, hadisə həqiqətən də 2 həftə əvvəl Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda olan bir məktəbdə baş verib. Təhsil naziri direktoru təqdim edib, lakin müəllimlər etirazını bildirib. Etiraz etdiklərinə görə 2 nəfər müəllim 15 sutka müddətində həbs edilib, 5 nəfər isə işdən uzaqlaşdırılıb. Etiraza səbəb olan direktor isə həmin məktəbdə fəaliyyətini davam etdirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Axar.az
Naxçıvanın Sədərək qəsəbəsində bir neçə müəllimi həbs ediblər
Naxçıvanda etiraz edən müəllimlər həbs olundu
30 aprel 2014 - 14:46
Xəbər kodu: 605743
Məlumata görə Sədərək qəsəbəsində məktəblərin birinə başqa rayondan olan yeni direktor təyin olunub. Direktoru kollektivə Muxtar Respublikanın təhsil naziri təqdim edib.