Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri üçün hazırlıq işləri görülür. Bunu Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İranın "Mehr" agentliyinə müsahibəsində deyib.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev İranda səfərdə olduğu zaman iranlı həmkarı Həsən Ruhanini Azərbaycana dəvət edib: "Hazırda bu səfərin yaxın gələcəkdə Prezident Ruhaninin iş qrafikinə uyğun baş tutması üçün işlər görülür".
Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında imzalanmış sənədlər, dövlət başçılarının görüşdə və görüşdən sonrakı çıxışları və bəyanatları göstərir ki, gələcəkdə iki qonşu və dost ölkə arasında əlaqələr artan templə irəliləyəcək.
Diplomat vurğulayıb ki, Azərbaycan və İran bölgədə və dünyada baş verən bir çox proseslərlə bağlı eyni mövqedədirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Cenubnews.com