26 aprel 2014 - 14:01
İslam Partiyası: “Gələcək seçkilərdə iştirakımız vacibdir”

E. Manafov: “Müzakirələrdə yəqin ki, müsbət rəy qəbul olunacaq. Biz mütləq o seçkilərdə iştirak etməliyik. Həbsdə olan İslam Partiyasının sədri və lideri Mövsüm Səmədov da seçkidə iştirakımızı vacib sayır”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam Partiyasının sədr əvəzi Elçin Manafov müsahibə verərək bildirib: “Dəfələrlə Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etmişik. Bu yaxınlarda da müraciət etdik. Amma hamısı nəticəsiz qalıb”.

Onun sözlərinə görə, hər fürsətdə Ədliyyə Nazirliyinə müraciət olunsa da, müsbət cavab alınmayıb.

“İslam Partiyası ancaq qanun çərçivəsində hərəkət etmək istəyir”.

“Müzakirələrdə yəqin ki, müsbət rəy qəbul olunacaq. Biz mütləq o seçkilərdə iştirak etməliyik. Həbsdə olan İslam Partiyasının sədri və lideri Mövsüm Səmədov da seçkidə iştirakımızı vacib sayır”.

Qeyd edək ki, İslam Partiyası 1991-ci ildə yaradılıb və 1992-ci ildə qeydiyyata alınıb. Lakin onun qeydiyyatı 1995-ci ildə ləğv edilib. Partiyanın sədri və lideri Mövsüm Səmədov isə hazırda həbsdədir.

Modern

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər