Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Suriyada terrorçular hələ də ölkənin neftini Türkiyəyə qaçırır və ən ucuz qiymətlə satır.
“Əl-Səfir” qəzetinə istinadən verilən xəbərə görə, Suriyanın neft nazirinin müavini Həsən Zeynəb müsahibə zamanı deyib ki, Suriya ordusunun hava qüvvələrinin neft qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün əməliyyatları davam edir. Suriyanın şimal-şərqindəki iğtişaşlara baxdıqda ölkənin neft qaçaqmalçılığını dayandırmaq çox çətindir və məlumata əsasən, gün ərzində təxminən 60 min barel neft sadə vasitələrlə çıxardılır və bu miqdardan təxminən 10 min bareli yerli bazarlarda satılır, lakin geri qalanı isə Türkiyə bazarına qaçaqmalçılıqla ixrac edilir.
Həsən Zeynəbin dediyinə görə, oğurlanmış hər barel neftin qiyməti 10 dollardır və nəticədə hər gün qaçırılan neftə görə yarım milyon dollar pul çatır və hər bir cinayətkarın bu rəqəm üçün ölüm təhlükəsini gözə alması kifayətdir.
Neft nazirinin müavini xatırladıb ki, bu şəxslərin bir çoxu türkiyəli qaçaqçılarla əməkdaşlıq edirlər. Bu qaçaqçılar da Türkiyə kəşfiyyatı və ordusu ilə əlaqədədirlər. Onlar Suriya sərhəddinin digər tərəfindəki tacirlərə xam nefti çatdırmaq üçün yollarda təhlükəsiz və dəstəkçi şəbəkələr yaratmaqla qaçırılan neftdən mənfəət aparırlar. Türkiyəli tacirlər də Suriya neftini 30 dollara alırlar. Neftin dünya bazarındakı qiymətinə baxdıqda bu qiymət qızıl qiymət hesab olunur.
Məlumata əsasən, Suriya hava qüvvələri hər gün neft tankerləri karvanını hədəfə almaq üçün əməliyyatlar keçirir. Bu karvanların uzunluğu bəzi günlərdə 2 km-ə çatır və silahlı şəxslər bu tankerləri hava hücumundan müdafiə etmək üçün qurğularla müşayiət edirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
İslamazeri.az