17 aprel 2014 - 11:02
Səudiyyə Husilərə qarşı hücuma hazırlaşır

Diplomatik mənbələr Riyazın Yəmən ərazisində Husilərə qarşı hücuma hazırlaşdığını bildiriblər

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən “Əl-Zaman” qəzetinə istinadən verdiyi xəbərə görə, Səudiyyə rəsmiləri Yəmən prezidenti Əbd Rəbbih Mənsur Hadiyə Yəmən ordusunun Husilərlə müharibədə sələfiləri dəstəkləməsinin qarşısını aldığına görə öz narazıçılığlarını bildiriblər. Bu narazışılıq Səudiyyənin Yəmənin şimalında sələfiləri Husilərlə müharibədə dəstəkləməsinə görədir.

 Məlumatlı mənbələrin dediyinə görə, bu qarşıdurmalar Səudiyyə sərhədlərini aşa bilər və bu ölkənin Yəmənə hərbi müdaxiləsi mümkündür. Əbd Rəbbih Mənsur Hadi ordu qüvvələrinə əmr verib ki, sələfilərlə Husilər arasındakı qarşıdurmalara müdaxilə etməsinlər

 islamazeri.az

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər