12 aprel 2014 - 04:44
Lasana Diyara təkfirçi qruplaşmalar sırasına qatıldığı xəbəri təkzib etdi

Xatırladaq ki, Londonda işıq üzü görən “Memri” qazeti bir neçə gün öncə bildirmişdir: “İngiltərənin Arsenal futbol klubunun sabiq oyunçuları “İraq və Şam İslam Dövəlti” adlı terrorçu qruplaşmasına qoşularaq mahir futbolçudan mahir bir terrorçuya çevriliblər.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Lasana Diyaranın Moskva Lokomotiv Futbol Klubundakı proqramının icraçı müdiri Hafbek bildirib: “Fransalı oyunçu heç bir zaman Suriyaya getməyib və onun terrorçu qruplaşmalar sırasına qatılaraq Bəşşar Əsəd hökümətinə qarşı vuruşması haqda yayılan xəbərlər həqiqəti əks etdirmir.”

Lasana Diyara həmçinin özünün Tvitter səhifəsində Suriyaya gedişi haqda xəbəri təkzib edərək, Suriyada gedən daxili müharibədə iştrak etdiyi xəbəri rədd edib.

Xatırladaq ki, Londonda işıq üzü görən “Memri” qazeti bir neçə gün öncə bildirmişdir: “İngiltərənin Arsenal futbol klubunun sabiq oyunçuları “İraq və Şam İslam Dövəlti” adlı terrorçu qruplaşmasına qoşularaq mahir futbolçudan mahir bir terrorçuya çevriliblər.”

Qeyd olunan qazetin internet variantındakı Memri TV bölümündə yayımlanan videoda futbolçu kimi tanıtdırılan Əbu İsa Əndəlusi ləqəbi üzü bağlı şəxs bütün Müsəlmanlardan “İraq və Şam İslam Dövləti” adlı terrorçu qruplaşmaya qoşulmalarını istəyib.”

Lasana Diyaranın Tvitter səhifəsindəki şəkili

Memri TV bölümündə yayımlanan videoda iddia olunan futbolçu

 

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags