11 aprel 2014 - 15:21
Hələb şəhəri və çölündə onlarla vəhhabi öldürüldü

Leyrmun, Sənaye Şəhəri, Heriytan, Mərkəz Həbsxana yaxınları, Qveyres ətrafı, əl Raşidin 4, Xan Toman, Humeyma, əl Ətarib, Andan, Köhnə Hələb şəhəri, Kəfər Hamra, Dahrat Əbdrabboh, əl Firdovsi, Həddadin, Vadihi və Muarrat əl Artik bölgələrində olan bir çox terror yuvalarının yox edildiyinə toxunan qaynaq, qeyd olunan məntəqələrdə meydana gələn qarşıdurmalarda da onlarla terroristin ölü və yaralı olaraq ələ keçirildiyini əlavə edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Milli Ordusunun Hələb şəhərinin Salahaddin bölgəsinə yaxın olan əl Amriyə məntəqəsində təşkil etdiyi anti-terror əməliyyatda onlarla sələfi öldürülmüş və yaralanmışdır.

Hərbi qaynaqların bildirdiyinə görə, qarşıdurma zamanı, darmadağın edilmiş vəhhabi terrorçularına aid olan silah və sursatlar da məhv edilmişdir.

Leyrmun, Sənaye Şəhəri, Heriytan, Mərkəz Həbsxana yaxınları, Qveyres ətrafı, əl Raşidin 4, Xan Toman, Humeyma, əl Ətarib, Andan, Köhnə Hələb şəhəri, Kəfər Hamra, Dahrat Əbdrabboh, əl Firdovsi, Həddadin, Vadihi və Muarrat əl Artik bölgələrində olan bir çox terror yuvalarının yox edildiyinə toxunan qaynaq, qeyd olunan məntəqələrdə meydana gələn qarşıdurmalarda da onlarla terroristin ölü və yaralı olaraq ələ keçirildiyini əlavə edib.

Qaynaq daha sonra Təlbisa bölgəsi, Əyn Hüseyn, Ristin və Kəfər Laha bölgələrində təşkil edilən əməliyyatlarda da bir çox terror yuvasılarının məhv edildiyini vurğulayıb.

 

ABNA- Xəbər Agentliyi SANA-ya istinadla

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags