16 mart 2014 - 20:30
Cəmal Əbdül Nasir “Rəsul Huseyn” Məscidini ziyarət edərkən + Foto

Son zamanlar azğın “sələfi” sektasının Misir xalqı arasında Əhli Beytə (əleyhis səlam) qarşı olan məhəbbətlərini azaldmağa çalışsalarda lakin Rəsul Huseyn (əleyhis səlam) Məscidi, Seyyidə Zeynəb (səlamullahi əleyha) və Seyyidə Nəfisə (səlamullahi əleyha) kimi Əhli Beytə (əleyhis səlam) aid ziyarətgahlar əvvəlki təkin Misir xalqının Əhli Beytə (əleyhis səlam) olan sevgi və məhəbbət mənşəyi olaraq qalmaqdadır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın əl-Nun xəbər agentliyi Misirin sabiq prezidenti Cəmal Əbdül Nasirin “Rəsul Huseyn” Məscidinidə çəkildiyi şəkilini yayımlayıb.

Foto 1959-cu ildə Cəmal Əbdül Nasirin “Rəsul Huseyn” Məscidinini ziyarət etdikdən sonra çölə çıxarkən çəkilib.

Misirdə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) Əhli Beytinə (əleyhis səlam) olan sevgi olduqca yüksəkdir. Son zamanlar azğın “sələfi” sektasının Misir xalqı arasında Əhli Beytə (əleyhis səlam) qarşı olan məhəbbətlərini azaldmağa çalışsalarda lakin Rəsul Huseyn (əleyhis səlam) Məscidi, Seyyidə Zeynəb (səlamullahi əleyha) və Seyyidə Nəfisə (səlamullahi əleyha) kimi Əhli Beytə (əleyhis səlam) aid ziyarətgahlar əvvəlki təkin Misir xalqının Əhli Beytə (əleyhis səlam) olan sevgi və məhəbbət mənşəyi olaraq qalmaqdadır.

Rəsul Huseyn (əleyhis səlam) Məscidi

Hicri Qəməri tarixi ilə 549-cu ildə (Miladi tarixi ilə 1154) Misir Fatimilər Hakimiyyətinin nəzarəti altına keçir. Elə həmin ildən başlanaraq, Qahirədə yerləşən Rəsul Huseyn (əleyhis səlam) məzarı böyüldülərək ibadət üçün ziyarətgaha bitişik Məscid də inşa edilir. Qeyd olunan Məscid Fatimilərin Xanım Fatiməyi Zəhranın (səlamullahi əleyha) şəninə inşa etdikləri əl-Əzhər (Zəhra sözündən götürülüb yəni daha parlaq) adına Elmi Hövzəsindən sonra ikinci geniş ictimai mərkəzə çevrilir. Misir xalqı hələ qədim zamanlardan bəri İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və İmam Hüseynin (əleyhis səlam) Milad bayramlarını və Şəhadət günlərini bu məkanda keçiriblər. Müasir dönəmdə, xüsusi ilə də Mübarək Ramazan Ayında “Rəsul Hüseyn” ziyarətgahı Qahirə sakinlərinin qibləgahına çevrilir.

Qeyd edək ki, Məscid ilk öncə daxilində Təlayi ibn Ruzeyk tərəfindən çoxda geniş olmayan daşdan yonulmuş zərih olub. Məscid üç qapıdan, iki minarədən və zərih üzərindəki (bəzi rəvayətlərə görə İmam Hüseynin əleyhi səlam Mübarək Başının saxlandığı məkandır) qiblənamədən ibarət imiş. Lakin Fatimilərin (Şiə hökmdarlarının) hakimiyyət başına gəlişindən sonra, zərih genişlənir və ziyarətgahla birlikdə Məscid daxilinə salınır. Bir müddət sonra Nəcmuddin Əyyubun dövründə zəvvarların səhlənkarlığı ucbatından Məscidin işığlandırılması üçün istifadə olunan yanan şamların nəticəsində taxtadan düzəldilmiş zərih alışaraq yanır. Nəcmuddin Əyubun göstərişi ilə zərih yenidən düzəldilir. Sonuncu dəfə ziyarətgahın və Məscidin məsahətinin genişləndirilməsi layihəsi 1953-cü ildə Misir höküməti tərəfindən icra olunaraq 3340 kv metrə çatdırılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır