Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ hökuməti artıq yeddi ildir ki, İran İslam Respublikasında itkin düşmüş FTB agentinin tapılması üçün İran İslam Respublikasının köməyinə ehtiyacı olduğunu bildirib.
ABŞ Dövlət katibi Con Kerri bazar günü verdiyi bəyanatda bu haqda söyləyib: “7 il əvvəl Robert Levinson İran İslam Respublikasına səfəri zamanı itkin düşüb”.
CNN xəbər agentliyinin məlumatına əsasən 65 yaşlı bu ABŞ vətəndaşının ailəsi son zamanlar onun MKİ üçün işlədiyini açıqlayıb. Levinsonun ailəsi ABŞ hökumətinin təzyiqi ilə uzun illər bu məlumatı gizli saxlayıb. Onun oğlu Den Levison Əbu- Dabidə CNN-ə verdiyi müsahibəsində atasının tapılması üçün əlindən gələni edəcəyini bildirib. İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif yanvarda CNN-ə verdiyi müsahibəsində deyib ki, mən Levisonun haçansa İranda olması haqda heç bir söz deyə bilmərəm. Bu haqda məlumatım yoxdur. Əslində biz onun İran İslam Respublikasının xaricində sağ olduğunu bildirən sübutları görmüşük. Hazırda harada olmasını da deyə bilmərik. Lakin ABŞ bizə izah etməlidir ki, MKİ-nin casusu İran İslam Respublikasının ərazisində nə edirdi?
Qeyd edək ki, Kerri hadisə ilə əlaqəli hər hansı məlumat üçün 1mln. dollar mükafat təyin edildiyini bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır