Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, axşam saat 19:35 radələrində Anar Zeynalov boğaz və kürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.
O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ əməkdaşıdır, kapitan rütbəsində sahə müvəkkilidir.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır