Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Mədəniyyət İşləri İdarəsi tərəfindən "Müdrik Liderin Həyatı və İrsi" adlı kitab ispan dilində nəşr olunub. Bu kitab, İslam Ümmətinin Şəhid Lideri, Seyyid Əli Xameneinin (ridvanullahi təala əleyh) şəxsiyyətinin təqdimatına yönəlib.
Seyyid Rza Amelinin yazdığı "Müdrik Liderin Həyatı və İrsi" kitabı Xose Luis Alkala tərəfindən İranın Mədəniyyət İşləri İdarəsində ingilis dilindən ispan dilinə tərcümə edilib və Madriddəki Mandala Nəşriyyatı tərəfindən Amin Nəşriyyatının iştirakı ilə Qət-e-Vəziridə 158 tam rəngli səhifədə həm kağız, həm də elektron kitab formatlarında nəşr olunub.
Yuxarıda adı çəkilən əsər ispandilli kitab nəşriyyatı bazarına 2026-cı ilin avqust ayında daxil olub.
Sizin rəyiniz