Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Suriyanın Hələb şəhərində körpə uşağın nalələri bütün xəstəxananı ayağa qaldırdı.
Belə ki, qeyd olunan körpə, qaniçən “təkfirçilərin” Hələb şəhərinə mina atanla atəş açdıqlarından sonra üz nahiyyəsindən ciddi xəsarət alaraq xəstaxanaya yerləşdirilib.
Həkimlər körpəni huşsuz etdikdən sonra onun üzündəki yarığı iynə və sapla tikərək bir saat sürən əməliyyatdan sonra uşağı anasına qaytarıblar.
Qeyd edək ki, xarici dövlətlər tərəfindən Suriya xalqına icbar edilmiş üç illik müharibə ərzində 11500 körpə, yaraqlı qüvvələr tərəfindən amansızcasına qətlə yetirilmiş, 1500 nəfər isə xüsusi qəddarlıqla edam edilmişdir.
Başlıcası isə bütün bu hadisələrin BMT-nin gözü önündə davam etməsidir...





Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır