Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məscidi-i Nəbinin vəhhabi əqidəli İmamı, Cümə namazı xütbələrinin video ilə qeyd edilməsini qadağan edib.
O, buna dəlil olaraq bu işin Cümə namazının batil olmasına gətirib çıxardığını deyib.
Ərəbistanıda işığ üzü görən ər-Riyad qəzetinin verdiyi xəbərə görə, Məscidi- Nəbinin Cümə xətibi Şeyx Əli bin Əbdü Rəhman Huzeyfi belə deyib: Namaz qılanlar Cümə xütbələrini videoya çəkməkdən çəkinməlidirlər. Çünki bu, Cümə namazının fəzilətinin batil olmasına gətirib çıxaran işlərdən biridir (!).
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır