Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 08 Fevral, 2014 tarix, səhəər radələrində Əfqanıstanın şərqində yerləşən Cəlilabad şəhərində bir nəfər sivil vətəndaş həlak olub və azı 8 vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.
Bu haqda açıqlanma verən Əfqanıstanın yerli resursları belə bildiriblər: “Terror hadisəsi Cəlilabad şəhərindəki məktəb yaxınlığında yerli vaxtla saat 15:00- da baş verib. Hadisə zamanı bir nəfər sivil vətəndaş Şəhid olub və daha səkkiz nəfər də müxtəlif dərəcəli xəsarətlər alaraq yaralanıblar”.
Hadisə qurbanlarının tamami ilə orta məktəb şagirdləri olduğunu bildirən Cəlilabad Polis Şöbəsinin əməkdaşı vurğulayıb: “Partlayıcı qurğu qızlara məxsus orta məktəb yaxınlığında quraşdırılıbmış. Hadisə iə bağlı araşdırmalar aparılır. Ümüdvarıq tez bir zamanda cinayət hadisəsinin əsas amillərini taparaq qanuna uyğun şəkildə cəzalarına çatdıraq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır