Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünya imperialist dövlətləri tərəfindən Suriyaya nüfuz etmiş qondarma “İraq və Şam İslam Dövləti” adlı azğın “təkfirçi” qruplaşmalar ilə qondarma “Azad Suriya Ordusu” (ASO) adlı yaraqlılar arasında döyüşlər səngimir.
Aldığımız məlumata görə, son günlər iki azğın qruplaşma arasında baş verən ağır döyüşlərdə qondarma “ASO” yaraqlıları 16 silahlı ünsürlərini itirib.
Belə ki, qondarma “İraq və Şam İslam Dövləti” adlı azğın “təkfirçi” qruplaşmasının kamikazelərindən bir nəfəri Hələb əyalətinin şimalında yerləşən Rai şəhərindəki həbsxana yaxınlığında özünü partladıb. Nəticədə “təkfirçi” yaraqlı, özü ilə daha 16 terrorçunu öldürüb.
Qeyd edək ki, qondarma “Azad Suriya Ordusu”nun mətbuat xidmətinin bildirdiyinə görə, qeyd olunan kamikaze əslində “Azad Suriya Ordusu” ilə “İraq və Şam İslam Dövləti” adlı “təkfirçi” qruplaşma arasında sülh müqaviləsin bağlamaq məqsədi ilə ASO-nun bazasına daxil olub. Lakin yaraqlı razılıq əldə edə bilmədiyini gördükdə özünü partladıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır