27 yanvar 2014 - 20:30
Suriyada ikinci kürd muxtariyyəti elan edildi

Suriyanın Kobani bölgəsidə muxtariyyətliyini elan etdi...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın şimalındakı kürdlər, Cizrə bölgəsindəki muxtariyyət elanından sonra Kobani bölgəsində də muxtariyyət elan ediblər.

"Kobani kanton" adı ilə yaradılan müxtariyyətin sədr və 22 naziri də ictimaiyyətə təqdim edilib.

PKK-nın Suriya qolu PYD birlikləri Kobanidə polis olaraq vəzifə yerinə yetirəcəklər.

Bundan başqa Rojava bölgəsində də üçüncü muxtariyyət -"şimali Kürdistan" müxtariyyətinin elanı sabah reallaşacaq.

Dörd aydan sonra isə bu 3 muxtariyyətin birləşdirilməsi və vahid ordu yaradılması gündəmə gələcəkdir, 3 muxtariyyətdə eyni vaxtda parlament seçkiləri keçiriləcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır