Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın 27-28-də İran İslam Respublikasına səfər edəcək. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
Səfər zamanı Ərdoğan İran İslam Respublikasının rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafını, regionda və beynəlxalq aləmdə baş verən məsələləri müzakirə edəcək.
Məlumata əsasən, Ərdoğanın Tehrana səfəri zamanı İİR və Türkiyə arasında güzəştli ticarət razılaşması da imzalanacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır