Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livanın rəsmi xəbər agentliyi şənbə günü məlumat verdi ki, ötən həftə paytaxt Beyrutda təhlükəsizlik qüvvələrinin turuna düşən Macid Əl-Macid cismi vəziyyətin ağır olduğuna görə bir hərbi xəstəxanada olmuşdur.
Əl-Əxbər qəzeti də bundan əvvəl Macid Əl-Macidin səudi himayəçilərinin əli ilə öldürülməsi ehtimalından söz açmışdır . Əl-Minar kanalı da onun ölümü barədə paradoksal xəbərlər yaymışdır.
Terrorçu Abdullah Ezam adlı qruplaşma İranın Beyrut səfirliyinin yaxınlığında baş verən 2013-cü il 19 yanvar partlayışı həmçinin Livan Hizbullahının yüksək səviyyəli üzvlərindən olan Hesan Holo Əl-Ləqisin terror edilməsi məsuliyyətlərini üzərinə götürmüşdür.
Macid Əl-Macidin tura düşmə xəbəri yayılmaqla Ərəbistan onun yaxalanması xəbərini rədd etdi.
Amma az sonra Livan və Ərəbistanın təhlükəsizlik və siyasi mənbələri bu xəbəri təsdiqlədilər və Ərəbistan hökuməti onun bu ölkəyə köçürülməsini tələb etdi. Bunun ardınca İranın Beyrut səfirliyi qarşısında baş verən iki partlayışdan zərər çəkənlər cümə günü Livanın paytaxtında xəbər konfransı keçirərək Abdullah Ezam adlı terrorçu qruplaşmanın başçısının Ərəbistana köçürülməsi ilə müxalifət etdilər. Onlar təkidlə Macid Əl-Macidin Livanda mühakimə edilməsini tələb etdilər.
Belə bir vəziyyətdə şənbə günü Macid Əl-Macidini ölüm xəbəri regional və beynəlxalq mediaların diqqət mərkəzində oldu .
İranın Livandakı səfirliyi qarşısında baş verən partlayışlarda məsuliyyət daşıyan və Ərəbistanın kəşfiyyat təşkilatının rəhbəri Bəndər Bin Sultanla əməkdaşlıq edib Suriya , İraq və Livanda fitnə törədən şəxsin ölümü çox şübhə doğuran məsələdir.
Macid Əl-Macidin ölümü region olayları və Bəndər Bin Sultanın bu olaylarda rol oynaması ilə yaxın əlaqəyə malikdir və xəbər mənbələri Əl-Macidin Ərəbistanın Kəşfiyyat Təşkilatı barədə əhəmiyyətli və gizli məlumatlara malik olduğunu bildirirlər.
Məlumatlara görə , Macid Əl-Macid Suriya v Livanda törədilən terrorçu əməliyyatları maliyyələşdirmək və planlaşdırmaqda təyinedici rola malik olub , belə ki , xəbər dairələri onu Bəndər Bin Sultanın " qara qutu " su adlandırıblar.
Bəndər Bin Sultanın qara qutusunun məhv edilməsi ilə Ərəbistanın Livan və Suriyada fitnə törətməkdə təxribatçı rolu daha çox aşkara çıxır. Bəndər Bin Sultan Suriya və Livanda islami müqaviməti məhv etmək məqsədi ilə terrorçuları təchiz edib bu ölkələrə göndərən şəxsdir.
Ərəbistanın kəşfiyyat təşkilatının başçısından Livan da təxribatçı əməliyyat həyata keçirmək missiyasını alan şəxsin ölüm xəbərinin elan edilməsi diqqət doğuran məsələdir.
Macid Əl-Macid Livan missiyasında Livan Hizbullahını terrorçu əməliyyatlarla ittihamlandırmaq və müqavimətin mövqeyinə zərbə vurmağı qarşıya məqsəd qoymuşdur.
Həmçinin terrorçu Abdullah Ezam qruplaşma başçısının şübhəli ölümü dünya ictimaiyyətini Ərəbistanın Livan və Suriya terrorçularını himayə etməsini düşünməkdən yayındırmaq xarakterini daşıyır.
Macid Əl-Macidin müstəqil bir məhkəmədə mühakimə edildiyi təqdirdə Bəndər Bin Sultanın terrorçularla əməkdaşlıq etməsinin müxtəlif cəhətləri üzə çıxardı.