2 yanvar 2014 - 20:30
"Anti sionist" şəxslər

Simon Wiesenthal Mərkəzi 2013-ci ilin ən "anti-Semit" və "İsrail əleyhdarı" adlarının siyahısını nəşr etdi. İranın lideri Ayətullah Əli Xameneyinin ilk sırada yer aldığı 10 nəfərlik siyahının ikincisə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oldu.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Ali Lideri "davamlı olaraq İsraili hədələdiyi"nə, xüsusilə İsrailə "quduz it" ifadəsi işlətdiyinə görə birinci sırada yer alıb.

Fələstinin BMT xüsusi məruzəçisi, eyni zamanda özü də bir yəhudi olan Richard Falk İsrailə yönəltdiyi "soyqırım niyyətləri" ittihamı ilə üçüncü sırada iştirak edərkən, ötən ay İsrail akademik təşkilatlarına qarşı boykota dəstək verən Amerikan Araşdırmaları Təşkilatı dördüncü oldu!