2 yanvar 2014 - 20:30
Hizbullah milli birliyə çağırır

PressTV-yə istinadən verdiyi xəbərə görə, dünən Beyrutda partlayıcı yüklü avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb, 70 nəfər isə yaralanıb. Livan Hizbullahı ölkədəki müxtəlif qrupları birliyə çağırıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hizbullah təşkilatının baş katibinin müavini Şeyx Nəim Qasim Livanın məhv olmasının qarşısını almaq məqsədilə siyasi anlaşma və milli kabinetin dərhal formalaşmasını tələb edib.

“Biz bu zəncirvari partlayışları adi hal hesab edə bilmərik. Bu partlayışlar Hizbullahı deyil adi vətəndaşları hədəfə alıb. Biz Livandakı təhlükəsizlik və əmniyyət üçün israrlıyıq. Bəzi qrupların əsəbi və həyəcanlı ifadələrinə qulaq asmaq fikrində deyilik. Əgər siyasi anlaşma olmasa Livan məhv olacaq. Bir-birimizə yaxın olmasaq Livanı xilas edə bilmərik”,-deyə Qasim vurğulayıb.Livan Müqavimət Hərəkatının Əl-Minar televiziya şəbəkəsi partlayışın insanların sıx məskunlaşdığı yaşayış sahəsində, Hizbullahın siyasi ofisinin 150-200 metr yaxınlığında baş verdiyini açıqlayıb.