Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, verdiyi xəbərə görə, 18 mart 2011-ci ildən başlayan Suriyadakı qarşıdurmalarda ölənlərin sayı 130 min nəfəri keçib.Belə bir statistikanı Suriya insan haqları təşkilatı olan "Mirsad" açıqlayıb. Açıqlamaya görə dəqiq rəqəm belədir: 130 min 433 nəfər olub.Hesabata görə, ölənlərin 66203 nəfəri mülki vətəndaşlardır.Onlardan 7014 nəfər uşaq, 4695-i 18 yaşdan yuxarı qadın və 19937-si isə müxalif silahlı qruplara soşulan kişilərdir.Şəxsiyyəti məlum olmayan ölənlərin sayı 2794 nəfər göstərilir.Suriyaya gələn əcnəbi terrorçulardan ölənlərin sayı isə 6913 nəfər qeyd edilir.Suriya ordusu tərəfdən döyüşərək ölənlərin sayı 32013 nəfərdir.Qeyd edək ki, hesabatı açıqlayan "Mirsad" təşkilatı Londonda fəaliyyət göstərir və əsasən B.Britaniya dövlətinin hesabına maliyyələşir.Suriya rəhbərliyi isə öz növbəsində bildirib ki, bu hesabat heç də həqiqəti əks etdirmir, çünki təkcə "Əl Qaidə"yə bağlı 10 minlərlə terrorçunun məhv edilməsi haqda dəqiq məlumatlar mövcuddur.
31 dekabr 2013 - 20:30
Xəbər kodu: 491403
2011-ci ildə başlayan Suriyadakı qarşıdurmalarda ölənlərin sayı 130 min nəfəri keçib