17 dekabr 2013 - 20:30
Pakistanda intiharçı özünü məsciddə partladıb

İntiharçı Pakistanın Ravalpindi şəhərində şiələrə məxsus məsciddə özünü partladıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 14 nəfər isə ağır yaralanıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, intiharçı Pakistanın Ravalpindi şəhərində şiələrə məxsus məsciddə özünü partladıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 14 nəfər isə ağır yaralanıb.

Hadisə axşam saatlarında baş verib. Həmin vaxt məsciddə 700-ə yaxın insan həlak olub.

Polis şübhəli motosikletçini görüb və onu saxlatmaq istəyib. Bu zaman o bombanı işə salaraq özünü partladıb.

Ölənlər arasında yüksək vəzifəli polis məmuru da olub.

Törədilmiş terror hadisəsini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.