16 dekabr 2013 - 20:30
Anar Məmmədli həbs olundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bu gün saat 5-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Musavat.com xəbər verir ki, bu barədə jurnalist Samir Kazımlı özünün Faebook profilində yazıb. “Onunla birlikdə Bəşir Süleymanlı və Elnur Məmmədli də həmin idarəyə çağırılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, B.Süleymanlı və E.Məmmədli buraxılıb, Anar Məmmədli üzərində isə dindirmə davam edib. Əldə etdiyimiz məlumata görə, sonra Anar Məmmədlini Nəsimi məhkəməsinə, oradan isə Nərimanov polis idarəsinə aparıblar. Anar Məmmədli haqqında üç aylıq həbs qətimkan tədbiri seçilib.Ötən ay SMDT Mərkəzində "qanun pozuntuları"na görə axtarışın aparılması barədə məlumatlar yayılmışdı. Bundan sonra SMDT rəsmisinin məlumatına görə, SMDT rəhbəri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı, tərəfdaş qurum Könüllərin Beynəlxalq Əməkdaşlıq Birliyinin rəhbəri Elnur Məmmədova ölkəni tərk etməmək barədə rəsmi xəbərdarlıq edilmişdi.Təşkilata qarşı külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı cinayət işi açılıb.2013-cü il prezident seçkilərində SMDT müşahidəçiləri 15 faiz seçki məntəqəsində prezident seçkilərini müşahidə edib və bəzi qanun pozuntusu aşkar etdiklərini bildirib.Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2008-ci ildən Azərbaycanda seçkilər üzrə fəalliyyət göstərən qeyri-hökümət təşkilatıdır.