Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya xəbər agentlikləri bildirib: “Livaul Əbabil yaraqlı dəstənin komandiri və qondarma “Azad Suriya Ordusu” (ASO) adlı terrorçu qruplaşmanın üzvü, İraq və Şam İslam Dövləti (İŞİD) adlı adamyeyən sələfi ünsürləri tərəfindən yaxalanaraq edam edilib”.
Digər tərəfdən terrorçu qruplaşmaların xəbər portalları, “İŞİD” ilə “ASO” arasinda gizli danışıqların aparıldığını ifşa edib: “Türkiyə dövlətinin vasitəçiliki ilə, “Azad Suriya Ordusu” (ASO) qruplaşması ilə, “İraq və Şam İslam Dövləti” arasında gizli danışıqlar aparılıb. Lakin “İŞİD” qruplaşması ələ keçirtdiyi “ASO”-ya aid silah anbarlarının geriyə qaytarılması ilə razılaşmadığı səbəbindən danışıqlar iflasa uğrayıb. Bu səbəbdən də, hər iki qruplaşma arasında yenidən silahlı qarşıdurmaların yaranması ehtimal verilir. Xüsusi ilə də, “ASO” üzvünün “İŞİD” tərəfindn edam edilməsi, böhranı pik həddə çatdırır”.
Terrorçu qruplaşmaların xəbər portalları həmçinin bildirib: “Suriya Milli Koalisiyası, yaşana biləcək böhran vəziyyətini sakitləşdirməkə çalışır. Lakin “Azad Suriya Ordusu” komandirlərindən olan Əsəd Mustəfa, İŞİD qruplaşmasının son addımını xəyanət hesab edərək, bu işdən təsüfləndiyini bildirib”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır