18 noyabr 2013 - 20:30
Hacı Abgülün ciyərində ağrılar yaranıb

Zaman Səmədov qeyd edib ki, bununla bağlı məktub hazırlayıb. Məktubda Abgül Süleymanovun özü istədiyi həkim tərəfindən müayinə olunmasına icazə verilməsi xahiş olunub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, vəkil Zaman Səmədov Həbsdə olan ruhani Abgül Süleymanovun səhhətində problem yarandığını bildirib.

Vəkil deyib ki, noyabrın 16-da Abgül Süleymanovla görüşüb: “O mənə bildirdi ki, ciyərində ağrılar yaranıb. Abgül Süleymanov problemlə əlaqədar özünün istədiyi həkimlərin onu müayinədən keçirməsini tələb edir”.

Zaman Səmədov qeyd edib ki, bununla bağlı məktub hazırlayıb. Məktubda Abgül Süleymanovun özü istədiyi həkim tərəfindən müayinə olunmasına icazə verilməsi xahiş olunub. Məktub Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə ünvanlanıb.

Xatırladaq ki, Mübariz Ruhani Abgül Süleymanov 2011-ci ilin avqust ayında MTN-in vəhşicəsinə hücumuna məruz qalaraq heç bir tutarlı dəlil olmadan həbs olunub. O, qondarma ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu il Aprelin 24-də Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə 13 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülməsi haqqında qanunsuz qərar çıxarıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır