10 noyabr 2013 - 20:30
İİR ilə AEBA arasında saziş imzalanıb

Sazişdən əlavə həmçinin İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının razılığı əsasında AEBA müfəttişlərinin Ərak ağır su nüvə obyektinə baxış keçirməsinə icazə verilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikin (AEBA) icraçı direktoru Yukiya Amano arasında əməkdaşlıqla bağlı birgə sənəd imzalanıb.

Sazişdən əlavə həmçinin İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının razılığı əsasında AEBA müfəttişlərinin Ərak ağır su nüvə obyektinə baxış keçirməsinə icazə verilib. Müfəttişlərin habelə İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki “Keçin” uran mədənində də monitorinq aparmaları ilə bağlı razılıq əldə olunub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır