Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən “Husi” cəryanına bağlı saytlar bəyanat yayımlayaraq bildiriblər: “Sədə əyalətində Şiə vətəndaşları üçün yaranmış problemləri nəzərə alaraq, bildiririk ki, ölkə başçıları bu problemin çozümü haqda nə inki, heç bir müsbət addım irəli atmayıblar, üstəlik ölkənin şimal əyalətinə qarşı məkirli planların həyata keçməsi üçün hökümətin hərbi bazalarını “təkfirçi” ünsürlərin ixtiyarına keçirirlər”.
Məlumata əsasən, Husilər Sədə əyaləti sakinlərinə köməklik etmək məqsədi ilə bir sıra işlər görüblər. Belə ki, beynəlxalq qırmızı xaç komitəsinə Sədə əyalətinin cənub şərqində yerləşən Dəmmac şəhərinə dərman pereparatları daxil etməyə icazə veriblər.
Husilər həmçinin qırmızı xaç komitəsinə icazə veriblər ki, Dəmmac şəhərində yaralamış azğın təkfirçiləri müalicə etmək məqsədi ilə şəhərdən çölə çıxartsınlar. Bu günə kimi xaç komitəsi iki dəfə Dəmmac şəhərinə daxil olaraq yaralanmış azğın təkfirçi ünsürlərin ümumilikdə 70 nəfərini müalicə məqsədi ilə çölə çıxara biliblər.
Yəmən Şiələrinə aid medialar bildirir ki, general Əli Möhsin Əhmər və şəxsi mənafelərini güdən digər dövlət məmurlarının köməkliyi ilə azğın təkfirçi ünsürləri tərəfindən mühasirəyə alınmış Sədə əyaləti sakinlərinin üzləşdikləri problemlər bir daha Yəmən məmurlarının kağız üzərində qanuna bağlı olduqlarını sübuta yetirir. Ona görə ki, o hansı qanun və hansı konstitusiyadır ki, bir ölkənin məmurlarına icazə verir ki, bir əyaləti bax belə bir faciəvi sürətdə hər tərəfli mühasirəyə salsınlar...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır