3 noyabr 2013 - 20:30
Pakistanın şimal-qərbində 4 Şiə Şəhid oldu

Hadisə ötən gün, bir qrup Şiənin qəbilə həyat tərzi sürən “Ərkazi” məntəqəsindəki kəndlərin birində torpaqla bağlı problemin həlli üçün toplaşdıqları iclasda baş verib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, taliban-vəhabi terror qruplaşmasına bağlı ünsürlər, Pakistanın şimal-qərbində yerləşən Pişavər şəhərində növbəti terror hadisəsini törədiblər.

Beləki, Şiələrin toplandığı mərkəzə qumbara ataraq, Əhli-Beyt (əleyhimus səlam) Məktəbinin  ardıcıllarından dörd nəfərini Şəhid etmiş və bir çoxlarını da müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralayıblar.

Hadisə ötən gün, bir qrup Şiənin qəbilə həyat tərzi sürən “Ərkazi” məntəqəsindəki kəndlərin birində torpaqla bağlı problemin həlli üçün toplaşdıqları iclasda baş verib.

Pakistanın hökümət dairələrində işləyən yüksək rütbəli rəsmiərindən biri olan “Məhmud İslam”ın bildirdiyinə görə, “JEP” markalı maşınla kəndə daxli olan mühacimlərdən üç nəfəri iclasın keçirildiyi yerə dörd ədəd qumbara ataraq, dörd nəfəri Şəhid edərək bir çoxlarını da yaralı salmış və hadisə yerini tərk etmişlər.

Qeyd edək ki, “Ərkazi” məntəqəsi Pakistanın Əfqanıstan ilə sərhəd bölgəsində yerləşən qəbilə həyat tərzi sürən yeddi regiondan biridir ki, burada heç bir hökümət qanunu işləmir. Bu səbəbdən də, yaraqlı taliban qruplaşmasının, habelə beynəlxalq azğın əl-Qaidə terror təşkilatının əsas mərkəzləri də məhz bu bölgələrdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır