Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türk, Ərəb, qondarma yəhudi, İngilis, Fransız, Alman, İspan, Yunan, Azərbaycan və s. ölkələr tərfindən dəstəklənən üzdəniraq sələfi-vəhabi yaraqlıları, Suriyada növbəti yəhudisayağı cinayətlərə əl ataraq, bir daha tarixin əbədi nifrininə şamil olublar.
Belə ki, “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın yaraqlı ünsürləri, Suriyanın şimal qərb bölgəsindəki Hələb rayonunun əl-Bab şəhərində yerləşən böyük İslam üləmalarından biri sayılan Şeyx İcanul Hədidin (r) qəbrini dağıdıblar.
Bildirək ki, Hələbdə xüsusi ehtiramla yad olunan Şeyx İcanul Hədid (r) bütün tayfalar və siyasi partyalar arasında xüsusi hörmətlə qeyd olunurdu.
Xatırladaq ki, adamyeyən sələfi yaraqlları bundan öncə də belə bir cinayət aktlarına əl ataraq vəhabi vandalizimini sübuta yetirmişlər. Buna örnək olaraq əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və Əmirəl Möminin Əli İbni Əbu Talibin (əleyhis səlam) xas səhabəsi Hicr İbni Udey Kəndinin (səlamullahi əleyh) məqbərəsinin viran edilməsini misal gətirə bilərik.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır