Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani çərşənbə axşamı günü gecə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 68-ci sessiyasındakı etdiyi mühüm çıxışında region və beynəlxalq quruluşun hazırkı durumu və şəraitini dəqiq şəkildə bəyan edərək, dünya ictimaiyyətinin qarşısında duran vəziyyətdən çıxmaq istiqamətində İran İslam Respublikası tərəfindən verilən təklif və həll yollarını təqdim edib.
İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani çıxış zamanı bldirib: “Dünyanın müxtəlif məntəqələrində müharibə uğrunda faydasız koalisiya seçimi yerinə, bütün dünyada davamlı sülh naminə koalisiya barədə düşünmək lazımdır”.
Höccətül İslam vəl Müslimin H. Ruhani cənabları Qərbin İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalarına işarə edərək, deyib: “Bu sanksiyalar insan haqlarını, o sıradan sülh haqqı, inkişaf haqqı, səhiyyəyə nailolma haqqı, təhsil haqqı və hamıdan daha geniş olan həyat haqqını pozur. Sanksiyaların nəticəsi, hər cür ifadələr və kəlmələrlə oynamalara rəğmən, məhz odla oynama, militarizm və insanların məhv edilmələridir. Bu od təkcə sanksiya qurbanlarını bürümür, həm də sanksiya edən cəmiyyətlərin xalqlarının iqtisadiyyatı və həyatlarına da xələl gətirir”.
Cənab H. Ruhani həmçinin İran İslam Respublikasının nüvə proqramına işarə edərək, söyləyib: “İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, İranın təbii və qanuni haqqını qəbul etmək, bu məsələnin ən sadə həll yoludur. Bu, siyasi bir şüar deyil, əksinə müştərək təhlükəsizlik və anlaşmaya nail olmaq üçün ortaq maraq və hədəflərə çatmaq zərurəti və sıfırın toplanmasının nəticəsi ilə oynamalara son qoymaq və beynəlxalq şəraiti və İranda texnologiyanın vəziyyətini dərin surətdə tanımağa əsaslanır”.
O, çıxışının digər bir hissəsində İran İslam Respublikası ilə Amerika arasındakı çəkişməyə işarə edərək, vurğulayıb: “İran digər ölkələrlə qarşılıqlı hörmət və müştərək maraqlara əsaslanan faydalı anlaşma ardıncadır və bu çərçivədə Amerika Birləşmiş Ştatları ilə çəkişmənin artmasının da ardınca deyil...”
İran İslam Respublikasının Prezidenti bunu belə izah edib: “Bu illərdə ardıcıl olaraq, belə bir qətiyyətli səs eşidilibdir ki; “Müharibə seçimi masa üzərindədir”, lakin bu gün qoyun, bu faydasız və qanunsuz ifadənin müqabilində deyim: “Sülh əldə olunasıdır””.
Prezdent əlavə edib: “Fələstinin məzlum xalqına edilənlər struktur kobudluqdan başqa bir şey deyil. Fələstin ölkəsi işğal altındadır. Fələstinlilərin ilkin hüquqları faciəli surətdə pozulur və onlar öz evlərinə, doğulduqları yerlərə geri gönmək və ana vətənlərinə çatmaqdan məhrumdurlar”.
Höccətül İslam vəl Müslimin cənab Ruhani bildirib ki, Suriyadakı insan faciəsi bizim regionda ifratçılıq və kobudluğun faciəli surətdə genişlənməsinin kədərli bir nümunəsidir. O, deyib: “Böhranın əvvəlindən və bəzi regional və beynəlxalq oyunçuların silah və kəşfiyyat mənbələrini axıdıb, ifratçı qrupları gücləndirməklə bu böhranı hərbiləşdirməyə səy göstərməyə çalışdıqları zamandan biz vurğuladıq ki, Suriya böhranının hərbi həll yolu yoxdur”.
İran İslam Respublikasının prezidenti daha sonar bildirib: “Biz kimyəvi silahdan hər cür istifadəni pisləyərək, Suriya tərəfindən Kimyəvi Silahların Qadağanı Konvensiyasının qəbul olunmasını rəğbətlə qarşılayırıq və inanırıq ki, ifratçı və terrorçu qrupların bu silahları əldə etmələri region qarşısında duran ən böyük təhlükədir və bu, nəzərə alınmalıdır. Eyni zamanda, təhdid və ya gücdən qanunsuz və faydasız istifadə də, yalnız regionda kobudluq və böhranın genişlənməsinə səbəb olacaqdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır