Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani cənabları İran İslam Respublikasının Müqəddəs Müdafə Həftəsində çıxış edərək deyib: “İran xalqının regionda nəzarət məqsədi yoxdur. Lakin eyni zamanda təcavüzkarların təcavüzü qarşısında bir an belə dayanmayacaq və var-gücü ilə istiqlaliyyəti, şərəfi və quruluşunu canı və ürəyi ilə müdafiə edəcəkdir”.
Cənab Ruhani Müqəddəs Müdafiə Həftəsinin başlanğıcında etdiyi çıxışında deyib: “Biz müharibənin son günü yəni fəthin son gününü bayram etmədik. Biz müharibənin başlanması və müdafiənin ilk həftəsini əziz saxlayırıq”.
Höccətül İslam vəl Müslimin Həsən Ruhani əlavə edib: “Biz dünyaya demək istəyirik ki, xalqın inqilabın ilk illərində ölkənin quruculuğu fikrində olduğu bir şəraitdə; ordu və qoşunun klassik bir müharibə üçün lazımi hazırlığa malik olmadığı bir şəraitdə; xalqın uşaq və gənclərini yeni təhsil ilini qarşılamağa hazırladığı və hacıların Allah Evini ziyarətə yollanmaq istədiyi bir halda İran İslam Respublikası təcavüzə məruz qaldı”.
İran İslam Respublikasının Prezidenti daha sonra İran İslam Respublikasının nüvə proqramına işarə edərək bildirib: “Qərb İran İslam Respublikasının sülhməramlı nüvə fəaliyyətlərini İran xalqının təbii haqqı olaraq qəbul etməlidir”.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün İİR Silahlı Qüvvələrinin Müqəddəs Müdafiə Həftəsinin ilk günü olaraq Tehranda Həzrət İmam Xomeyninin (rə) pak hərəminin kənarında keçirdiyi paradda deyib: “Qərb İran İslam Respublikasının bütün nüvə hüququ, o cümlədən beynəlxalq qanunlar çərçivəsində uranın zənginləşdirilməsini qəbul etməlidir və bilməlidir ki, İran İslam Respublikasının bütün dünyaya müraciəti sülh və dostluq və əməkdaşlıq və həmrəylik yolu ilə regional və beynəlxalq problemlərin həllidir”.
Prezident daha sonra əlavə edib: “İran İslam Respublikası nüvə məsələsinin həlli üçün qərblə ilkin şərt olmadan danışıqlara hazırdır və inanır ki, qarşı tərəf bərabər və ikitərəfli mənafe çərçivəsində qarşılıqlı hörmət əsasında meydana daxil olmalıdır”.
"İran İslam Respublikası böyük və inqilab sivilizasiyasına malik qüdrətli ölkədir. Elə buna görə, beynəlxalq qüdrətlərə tövsiyə olunur ki, İran xalqı ilə zor və təhdid dili ilə danışmasınlar. Çünki təhdid, müharibə və diplomatiyanın bir-birinin kənarında mənası yoxdur və heç bir məntiqli və azad xalq bir masa üzərində təhdid və diplomatiya seçimlərini qəbul etmir" –deyə cənab Ruhani əlavə edib.
Höccətül İslam vəl Müslimin H. Ruhaninin sözlərinə görə, İran xalqı kütləvi qırğın silahları deyil, yalnız inkişaf və nailiyyət ardıncadır. Elə buna görə, Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində addım atıb və ona sadiqdir.
İraq tərəfindən İİR-a qarşı elan olunmamış 8 il müharibənin diqqət mərkəzində saxlanılmasının zəruriliyinə toxunan hörmətli Ruhani söyləyib: “İslam İnqilabı düşmənləri təsəvvür edirdilər ki, bir diktatoru təhrik etməklə və ona hərbi və maliyyə dəstəyi verməklə böyük bir xalq və dini inqilabı aradan götürə biləcəklər”.
İran İslam Respublikasının prezidenti əlavə edib: “İslam İnqilabı düşmənlərinin İraqın edam olunmuş diktatoru Səddam rejiminə olan siyasi, informasiya və silah, o cümlədən kimyəvi silah dəstəyi İran xalqını təslimə məcbur edə bilmədi, üstəlik İran İslam Respublikasının torpağının hətta bir qarışı olsun belə, işğalda qalmadı”.
Cənab Ruhani daha sonra qeyd edib: “Müharibənin İran İslam Respublikası və İraqa çoxlu milli xəsarətlər vurmasına baxmayaraq, bunlardan heç biri İslam İnqilabı düşmənlərini bu inqilabı yayındırmaq və yaxud məhv etməklə bağlı nəhs məqsədlərinə çatdıra bilmədi”.
"İran ötən 200 ildə heç bir ölkəyə təcavüz etməyib" deyən İİR prezidenti söyləyib: “İranlılar heç vaxt təhdid və təcavüz əhli olmayıblar və regionda müstəmləkəçilik məqsədləri güdməyiblər. Lakin təcavüzkar qarşısında bir an belə dözmür, təcavüzkarlar qarşısında möhkəm müdafiə ilə İran İslam Respublikası və iranlının şərəfi, istiqlaliyyəti və ərazi bütövlüyünü müdafiə edib və edəcəkdir”.
Prezident bildirib: “İran İslam Respublikasının Silahlı Qüvvələrinin rəşadətliliyi və müqaviməti qarşısında baş əymək lazımdır və dünyaya elan edilməlidir ki, İran ordusu region ordularının əksinə olaraq, demokratik olmuş və siyasi məsələlərdə müdaxilə etmədən həmişə xalqın tələbi qarşısında təslim olmuşdur”.
Son 3 on ildə hərbi hökumət və hərbi quruluşun olmamasının İran İslam Respublikasının Silahlı Qüvvələrinin fəxrlərindən olduğunu bəyan edən İİR prezidenti bildirib: “Region ölkələri İran İslam Respublikasının Silahlı Qüvvələrindən xəlqi demokratiya dərsi öyrənməlidirlər”.
Bəzi ölkələrin regionda təcavüzkar və terrorçuları maliyyə və silah cəhətindən dəstəklədiyinə toxunan Ruhani deyib: “İran İslam Respublikası ilə müharibədə Səddam rejiminin dəstəklənməsinin İslam İnqilabı düşmənləri üçün heç bir nəticəsi olmadığı kimi regionda hazırkı terrorçulara dəstək də onların hamilərinə nəhs nəticələrdən başqa heç bir faydası olmayacaqdır”.
Prezident Həsən Ruhani İran İslam Respublikasının Silahlı Qüvvələrini regionun stabillik və təhlükəsizlik amili adlandıraraq deyib: “İran İslam Respublikasını qonşular və digərləri üçün təhdid amili hesab edən bəzilərinin iddiasının əksinə olaraq, kütləvi qırğın silahlarına malik olaraq region üçün təhlükə mənbəyi olan sionist İsrail rejimi bütün beynəlxalq qanun-qaydaları pozur”.
İran İslam Respublikasının müharibəyə qarşı olduğunu və onu bəyənilməmiş və xəsarətli hesab etdiyini deyən Ruhani bildirib: “Militaristlərə tövsiyə olunur ki, regionda başqa bir müharibənin ardınca olmasınlar. Çünki peşmanedici mənfi nəticələrlə üzləşəcəklər”.
Regionun hazırkı prosesləri, o cümlədən Suriya məsələsinə münasibət bildirən İran İslam Respublikasının Prezidenti əlavə edib: “Problem və məsələləri müharibə yolu ilə həll etmək olmaz və böhranların yeganə həll yolu region ölkələrinin məntiq, siyasət, əməkdaşlıq və həmrəyliyi ilə mümkündür”.
"Hamı Suriyada müharibənin dayanması və Suriya xalqının tələblərinin gerçəkləşməsi çərçivəsində siyasi danışıqların keçirilməsi üçün çalışmalıdır" –deyə cənab Həsən Ruhani bildirib.
İran İslam Respublikası Silahlı qüvvələrinin önləyici qüvvələr olduğunu bəyan edən Ruhani qeyd edib: “Önləyiciliyin kənarında vətənə sevgi, müqavimət, sayıqlıq və beynəlxalq və regional məsələlərə diqqət yetirmək və modern müdafiə təchizatı ilə təchiz olmaq onların və İran hökumətinin vəzifələrindəndir”.
Höccətül İslam vəl Müslimin Həsən Ruhani sonda bildirib: İran İslam Respublikasının Silahlı Qüvvələri onu özünün bir parçası hesab etdiyi xalqın müdafiəsinə hazırdır və yaradılan problem və təzyiqlərə baxmayaraq İslam İnqilabının Böyük Rəhbərinin bələdçilikləri sayəsində İran İslam İnqilabının gələcəyinə ümid gözü ilə baxır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır