Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 12 Sentyabr, 2013 tarix, Tehran vaxtı ilə səhər radələrində, İran İslam Respublikasının Prezidenti, Höccətül İslam vəl Müslimin, Doktor Həsən Ruhani, Şanxay Sammitində iştirak etmık məqsədi ilə Qırqızıstan Respublikasına səfər edəcək.
Qırqızıstan Respublikasında iki gün səfərdə olacaq İran İslam Respublikasının Prezidentinin, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin zirvə görüşündə, çıxış edəcəyi bildirilir.
Qeyd edək ki, səfər çərçivəsində hörmətli prezidentin, bir sıra ölkələrin başçıları ilə xüsusi ilə də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcəyi açıqlanıb.
Görüş zamanı Yaxın Şəqrq məntəqəsində baş verən hadisələr o cümlədən dünyanın ən aktual məsələləri haqda fikir mübadiləsi aparılacaq.
Bildirək ki, Şanxay Əməkdaşlıq Təşkilatı bir neçə məqsədli təşkilat olaraq, siyasi, iqtisadi və təhlükəsizlik məsələləri haqda layihələr icra edir. İran İslam Respublikası bu təşkilatın iclaslarında müşahidəçi kimi iştirak edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır