28 avqust 2013 - 19:30
İran yeni radar sistemini istifadəyə verdi

Bu haqda Xatəmul-Ənbiya Aviasiya Qərargahı Komandanı general Fərzad İsmayılı məlumat verib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İran Ordusu Xatəmul-Ənbiya Aviasiya Qərargahı Komandanlığı müasir və yeni hava radar sistemlərinin işlənərək istifadəyə verildiyini bildirdi, - İRİB.

Bu haqda Xatəmul-Ənbiya Aviasiya Qərargahı Komandanı general Fərzad İsmayılı məlumat verib. O, açıqlamasında yeni radar sisteminin ən əhəmiyyətli xüsusiyyətinin düşmənin bu sistemin yerini müəyyən edə bilməməsi olduğunu bildirib. “Çünki havada özündən hər hansı bir dalğa izi buraxmadığı kimi özü havadakı hər cür hərəkəti və cismi təsbit edə bilir”, - deyə general bildirib.

General F.İsmayili hal-hazırda 15 müdafiə layihəsi üzərində işlədiklərini bildirirək qərargahın ən son nailiyyətlərinin sentyabrın 1-də tanıdılacağını bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır