Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Təhsil Nazirliyi məktəblilərin Hicabla dərsə gəlmələrini bir daha qadağan edib.
Nazirlikdən verilən açıqlamada, şagirdlərin məktəbə müəyyən olunmuş (anti-İslam) geyim formasında gəlmələri bildirilib.
Azərbaycan Konsitutsiyasının Aliliyini unudaraq, hər bir vətəndaşın öz geyimində, əqidəsində azad olamsını, Azərbaycan vətəndaşının təhsildən məhrum olmamasını, müxtəlif dövlət dairələrində çıxarılan xırda qanunların mütləq Ali Qanunla uyğun olmasını unudan Azərbaycan Təhsil Nazirliki belə deyib: ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir".
Qeyd edək ki, məktəblilərin dərsə Hicabla gəlməsi ötən tədris ili çoxsaylı narazılıqlarla müşahidə olunmuşdu. Bəzi ümumtəhsil müəssisələrində məktəbli qızların hicab taxaraq dərsə gəlməsinə qoyulan qadağalar, dindarların Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməsinə gətirib çıxartmışdı. Ölkədə Hicabla bağlı durumun gərginliyi hətta xarici dövlət medialarında işıqlandırılmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır