29 iyul 2013 - 19:30
Türkiyə ordusunda növbəti biyabırçılıq...

Türk Ordusunun 8 hərbçisi cinsi zorakılıqla bağlı hərbi xidmətdən qovuldu

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Türkiyə Silahlı Qüvvələrinin səkkiz çavuşu həddi-buluğa çatmamış qıza qarşı cinsi zorakılıq törətməklə əlaqədar ölkə ordusundakı xidmətdən qovulub.

Bu barədə Türkiyənin ailə məsələləri və sosial siyasət naziri Fatma Şahin məlumat verib. Xəbəri çərşənbə axşamı "Anadolu" agentliyi yayıb.

Şahinin sözlərinə görə, həmin çavuşların işi artıq məhkəməyə verilib, faktla bağlı istintaq aparılır.

Səkkiz çavuş tərəfindən həddi-buluğa çatmamış qıza qarşı cinsi zorakılıq törədilməsi faktı bir neçə ay bundan əvvəl aşkar olunub.

Türkiyənin Bingöl vilayətinin 16 yaşlı sakini hərbi qulluqçular tərəfindən cinsi zorakılığa məruz qalması barədə ərizə ilə polisə müraciət edib. Вaşlanan təhqiqat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin səkkiz çavuşu saxlanılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır