Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Türkiyə hökumətinin 30 İyun inqilabına qarşı qərəzli mövqeyi və zehinlərdə Misirə yenidən “Osmanlı” işğalını gətirəcək bir şəkildə Müsəlman Qardaşlarının konfransına ev sahibliyi etməsinə cavab olaraq, Misirdə İstehlakçını qoruyan cəmiyyətlər, Türk mallarının boykot edilməsinə start veriblər.
Birlik sədri Suad Dib, Misirə qarşı düşmən mövqeyi bəsləyən hər hansı bir ölkənin məhsullarını boykot etməyə qərar aldıqlarını söyləyərək, xüsusi ilə də, Türkiyədən gələn malların boykot edilməsi üçün hər bir aktiv boykot üslublarından istifadə edəcəklərini bildirib.
Dib, Misirin Amerika, Türkiyə və ya başqa bir ölkənin köləsi altında qalmaması üçün milli sənayenin təşviq edilməsinə çağırışı etdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır