Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi iyulun 18-də jurnalistlərə açıqlamasında İngiltərə ilə münasibətlərdən və 5+1 qrupu ilə danışıqlardan söz açıb.
Cənab Abbas Əraqçi İngiltərə xarici işlər naziri Uilyam Heyqin İranla münasibətləri yaxşılaşdırmağa hazır olmasına dair bəyanatına toxunub: “İran İslam Respulkiasının yeni seçilmiş prezidentinin də bildirdiyi kimi, İslam Respublikasının siyasəti avropa birliyinə üzv ölkələr, o sıradan da İngiltərə ilə qarşılıqlı mənafe və ehtiram prinsipi əsasında konstruktiv münasibətləri genişləndirməkdir. İran İslam Respublikası ona doğru atılan xoşməramlı və konstruktiv addımları müsbət qarşılayacaq”.
Abbas Əraqçi İranın 5+1 qrupu (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya) ilə nüvə danışıqları barədə bunları deyib: “İran İslam Respublikası nüvə silahlarının yayılmamasına dair beynəlxalq müqaviləni imzalayan ölkələrdən biridir. Hesab edirik ki, yalnız ciddi və səmərəli danışıqlarla qarşılıqlı razılığa gəlmək mümkündür. Artıq təhdid və sanksiyaların nəticəsizliyi sübut olunub. Məhz buna görə də İslam Respublikası İran xalqının siyasi iradəsinə söykənərək 5+1 qrupu ilə növbəti nüvə danışıqlarına qatılacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır