Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının yeni seçilmiş prezidenti Höccətül İslam vəl Müslimin Həsən Ruhani İran-İraq müharibəsi veteranları ilə görüş keçirib.
İslam Respublikasının yeni prezidenti Ruhani cənabları, İİR-ın 11-ci prezident seçkilərində heç kimin məğlub olmadığını, hamının seçkilərdən qalib ayrıldığını vurğulayıb. O, görüş zamanı həmçinin qondarma israil rejiminin İİR-a qarşı bildirdiyi hədələrə işarə edərək, ölkənin 8 illik müharibə təcrübəsinin olduğunu deyib və bu kimi hədələri əhəmmiyyətsiz olduğunu bildirib.
İran İslam Respublikasının yeni prezidenti həmçinin qondarma israil rejiminin İİR-a qarşı hərbi addım atmaqa qadir olmadığını deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır