Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Kuveytin əl-Ənbiya qazeti ŞOK bir xəbər yayımlayaraq, Livan sələfi ünsürlərinin “ruhani”si Əhməd Əsiri və əl-Əsir qruplaşmasının hərbi qanadının komandiri Fəzl Şakiri, yararsız təşkilatın daha iki yüksək vəzifəliləri ilə, bir yerdə Livanın Cənub Bölgəsinin Seyda şəhərində öldürüldüyünü bildirib.
əl-Ənbiya qazeti daha sonra yazır: “əl-Əsir Livan ordusu ilə apardığı döyüşlərin birində alovun içində yanaraq kül olmuş və bu səbəbdən də axtarış qrupu tərəfindən onun cəsədinin tanınması təxirlə üzləşib.”
P.S: Qeyd edək ki, hələlik bu xəbər rəsmi olaraq Livan Dövləti tərəfindən təsdiqlənməyib. Livan Ordusu isə, azğın əl-Əsir və onun əlaltılarının axtarışına davam edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır