5 iyun 2013 - 19:30
Daha bir dindar həbs olunub

Dindarın 5 oktyabr 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba azadlıq" aksiyasında iştirakına görə saxlanıldığı bildirilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən dindar Nahid Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyev açıqlama verərək bildirib: “Müvəkkilim Nahid Qəhrəmanov Nərimanov Rayon Polis bölməsinin müvəqqəti saxlama təcridxanasında saxlanılır”

Dindarın 5 oktyabr 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba azadlıq" aksiyasında iştirakına görə saxlanıldığı bildirilib.

Nahid Qəhrəmanova Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi açılacağı ehtimal olunur.

Bəxtiyar Hacıyev bildirib ki, Nahid Qəhrəmanovun işinə iyun ayının 7-si Səbayel rayon məhkəməsində baxılacaq.

Dindarın yaxınları İslamazeri.az-a bildirib ki, Nahid Qəhrəmanov Bakının Fatmayi kəndindən qayıdarkən görüb ki, evinin 300 metr kənarında xarici maşın dayanıb. Onu izlədiklərini hiss edib. Uşaqlarını evdən götürüb aparıb baxçaya qoyub. Yenidən evə qayıdıb. Onun dalınca izləyiblər. Yenidən şəhərə qayıdanda saxlayıb Bakı Şəhər Prokrorluğuna aparıblar. Axşama kimi orada saxlanıb. Daha sonra Nərimanov polis bölməsinə aparıblar.

Qəhrəmanov Nahid Nəsib oğlu 1979 təvəllüdlüdür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır