27 may 2013 - 19:30
Senatorlardan Azərbaycana hörmətsizlik

Əliyev rejimi Mehriban başda olmaqla yaltaqlıqlarını etsinlər, nə faydası...

Əhli Beyt -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən ötən gün Fransa Senatının 3 üzvü – Xarici əlaqələr komissiyasının üzvü, Fransa – Ermənistan dostluq qrupunun rəhbəri Fransua Loşbluana, Seçki hüquqları və Ümumi idarə komissiyası sədrinin müavini Bernard Sauqey və İctimai işlər komissiyasının üzvü Anri Reinkurt rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər.

Səfər çərçivəsində fransız senatlar separatçı Qarabağ rejiminin spikeri Aşot Qulyanın qəbulunda olublar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır