Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin üzv olmaq üçün milli və mənəvi mühitində hər gün itkilər verdiyi Avropa Birliyi yolu yeni şərtlər ortaya çıxarıb. Bu, həmcins evlilikdir ki, hazırda Avropa Birliyi üzvü olan 10 ölkədə qanunidir.
ABŞ-da həmcins evliliyə baş vuranlar övladlığa uşaq götürə və orduda vəzifə ala bilir. Həmcins evliliklərə təsdiq yalnız Avropada deyil, bütün dünyada, xüsusilə xristian ölkələrində sürətlə yayılır. Bu cür evliliklərə təsdiq verməsi üçün artıq bəzi Avropa Birliyi vəkilləri Türkiyəyə də bu istiqamətdə təkliflərə başlayıblar.
Türkiyə Böyük Millət Məclisində gey vəkil görmək istəyirlər
Həmcins evliliyi qəbul etməsi üçün Türkiyəyə də uzun müddətdir təzyiq olunur. Avropa Parlamenti İşçi Partiyası millət vəkili Mişel Kasman (Michael Cashman), Türkiyə Böyük Millət Məclisində gey millət vəkilinin olması halında, Türkiyənin Avropadakı imicinin müsbət yöndə dəyişəcəyini söyləyib. Qeyd edək ki, bu biabırçı təklifin müəllifi olan Kasman Avropa Parlamentinin Gey və Lesbiyan Məsələləri İdarəsinin başçısıdır. Daha böyük rüsvayçılıq səlahiyyətli təşkilatların, ən əhəmiyyətlisi isə xüsusilə AB üçün hökumət tərəfindən yaradılan idarələrin susqunluğudur.
Virus kimi sürətlə yayılır
Aprel ayında Latın Amerikası ölkəsi olan Uruqvayda Senatından sonra Parlamentin alt qanadı da həmcinslərin evlənməsinə imkan yaradan qanunu qəbul edib. Həmcinslilərin evlənməsinə qanuni təsdiq verən ilk Cənub Amerika ölkəsi isə Argentina olub - 2010-cu il. Dünyada isə bu rəqəm Uruqvayla birlikdə 12-yə yüksəlib. Yeni Zelandiya da Parlamentdə aprel ayında keçirilən tarixi səsvermədə Asiya-Sakit okean bölgəsində həmcinslilərin evliliyini qanuniləşdirən ilk ölkə olub. ABŞ prezidenti Barak Obamanın həmcinsliliyi dəstəkləməsi barədə açıqlaması isə artıq məşhur söhbətlərdəndir.
İlk türk respublikasında həmcinsliyə yaşıl işıq
Şimali Kiprdə həmcins əlaqəni cinayət sayaraq 5 ilə qədər həbs cəzası nəzərdə tutan qanun da artıq dəyişdirilir. Bütün partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının ortaq şəkildə hazırladığı həmcins haqlarını tanıyan qanun layihəsi təsdiq üçün Məclisə təqdim edilib və təsdiqlənməsi də gözlənilir. Qanun layihəsində bildirilir ki, 18 yaşdan yuxarı olan hər kəs cins seçimində azaddır, həmcinslərə qarşı təhqir və alçaldıcı davranış göstərənlərə isə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. Sosial Partiyasının sədri Mehmet Çakıcı, "yaxın vaxtlarda həmcins evliliklərin olması da təmin ediləcək", - deyib.
Övladlığa uşaq götürə və orduda xidmət edə bilər
Avropa Birliyinə üzv olmağa hazırlaşan Avropa ölkələri ordularının demək olar ki, hamısında həmcinsbazlar xidmət edə bilirlər. Danimarka, Estoniya, Finlandiya, İrlandiya, Litva, Norveç, İsveç, Belçika, Fransa, Lüksemburq, Hollandiya, Avstriya, Xorvatiya, Çex Respublikası, Almaniya, Macarıstan, Serbiya, İsveçrə, Bosniya-Hersoqovina, Bolqarıstan, Kosovo, Albaniya, Çernoqoriya, Rumıniya və Rusiyada həmcinsbazların orduda xidmətinə icazə var. Həmcins evliliyə icazə verən ölkələrdən isə Kanada, ABŞ, Kolumbiya, Braziliya, Argentina, İslandiya, Norveç, İsveç, Finlandiya, İrlandiya, İngiltərə, Danimarka, Hollandiya, Avstriya, Belçika, Almaniya, Fransa, İspaniya, Portuqaliya, Cənubi Afrika və Yeni Zelandiyada həmcins ailələrin övladlığa uşaq götürməsinə də imkan verilir.
Göz görə-görə nəsillər yox edilir
Həmcinslərin övladlığa uşaq götürməsi mövzusunda isə xaricdə yaşayan müsəlman ailələr böyük təhlükə ilə üzbəüzdür. Ailələrindən alınan uşaqların böyük qismi bilərəkdən həmcins ailələrə övladlığa verilir. Buna misal kimi isə bu yaxınlarda Hollandiya hökumətinin açıqlamasını göstərmək olar. Belə ki, həmcins ailəyə övladlığa verilmiş 9 yaşlı türk mənşəli uşaqla əlaqədar Türkiyənin Gəncliyi Mühafizə Bürosu tərəfindən qaldırılan iddiaya Hollandiyanın Baş nazir köməkçisi Lüdevik Asçer (Lodewijk Asscher) Türkiyənin hadisəyə müdaxilə etmək haqqının olmadığını deyərək, uşaqların qoruyucu ailələrin yanına yerləşdirilməsində dini və irqi seçimin edilmədiyini söyləmişdi.
Tənəzzül Avropanı ağuşuna alıb
Həmcins evliliyin sürətlə yayıldığı Avropada, AB-nin öz təşkilatı olan Eurostatın araşdırmasına görə, nikahdan kənar doğum həcmi 40 faizə çatıb. Əxlaqi olaraq baş verən bu çöküntü cəmiyyəti daxildən gəmirir. Evlilikdən kənar doğumların ən məşhur olduğu ölkələrin başında isə Estoniya, Sloveniya, Bolqarıstan, Fransa və İsveç gəlir. Bu rəqəm 1990-cı ildə 17, 2000-ci ildə 27, 2011-ci ildə isə 39,5 faizə yüksəlib. Nikahdan kənar doğum həcmi Belçikada 50, Danimarkada 49, İngiltərədə 47, Hollandiyada 45, Avstriyada 40, İspaniyada 37, Almaniyada 33, Rumıniyada 30, İtaliyada 23 və Polşada 21 faiz səviyyəsindədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır