1 may 2013 - 19:30
Şeyx Məhəmməd Xiyabani

Xiyabani Məhəmməd Əli Şah səltənətdən kənar edildikdən sonraki İkinci Məşrutə məclisində Təbrizdən vəkil seçilərək Tehrana yollandı. Onun birinci əlamətdar siyasi addımı Milli Şura Məclisindəki rus ultimatumu əleyhinə etdiyi çıxış olmuşdur. Ancaq Xiyabani və s. vəkillərin nəzərinə rəğmən ultimatum qəbul edildi. Məclis nümayəndələri işdən buraxılıb, müəyyən şəxslər həbs edildilər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Şeyx Məhəmməd Xiyabani İranın müasir tarixinin önəmli şəxsiyyətlərindən olmuşdur. Xiyabani görkəmli din xadimi kimi illərlə Təbriz şəhərinin məscidlərində imamlıq etmişdir. O, məşrutiyyə inqilabı dövründə ictimai-siyasi sahələrdə fəaliyyət edib, yeni və mütərəqqi görüşləri ilə xalqın marağını özünə cəlb edə bilmişdir.

Məhəmməd Xiyabani 1880-ci ildə Təbriz şəhərinin yaxınlığında yerləşən Xamnə qəsəbəsində tacir ailəsində anadan olmuşdur.

Atası illərlə Mahaçqalada ticarət işi ilə məşğul olduğuna görə o da ilkin təhsilini doğulduğu qəsəbədə alandan sonra oraya gedib. Xiyabani Mahaçqalada ticarət işlərində atasına kömək etməklə məşğul olmuşdur. Xiyabani sonralar bir daha Təbrizə dönüb dini təhsil almağa başlayır. O, ənənəvi dini elmlərə yiyələnməklə yanaşı astronomiya , riyaziyyat, həmçinin fransiz və rus dillərini də öyrənmişdir. O dövrün bir çox şəxsiyyətləri kimi Xiyabani də öz siyasi həyatına 1905-11 illərindəki Məşrutiyyə inqilabının qızğın qarşıdurmaları ilə qədəm qoymuşdur. Xiyabani Məşrutə İnqilabı zamanı Təbrizin istibdad qüvvələri tərəfindən mühasirəyə alındığı zaman Məşrutəni müdafiə edən çıxışlar etmişdir. Bu çıxışlar onu din alimindən əlavə ictimai-siyasi fəal və xadim kimi tanıtdırmışdır.

Xiyabani Məhəmməd Əli Şah səltənətdən kənar edildikdən sonraki İkinci Məşrutə məclisində Təbrizdən vəkil seçilərək Tehrana yollandı. Onun birinci əlamətdar siyasi addımı Milli Şura Məclisindəki rus ultimatumu əleyhinə etdiyi çıxış olmuşdur. Ancaq Xiyabani və s. vəkillərin nəzərinə rəğmən ultimatum qəbul edildi. Məclis nümayəndələri işdən buraxılıb, müəyyən şəxslər həbs edildilər.

Xiyabani bu həbs dalğalarından amanda qalmaq üçün Məşhəd şəhərinə gedib, oradan da Türkmənistana daxil olur. Neçə ay sonra Qafqaz yolu ilə Təbrizə qayıtdı. Xiyabani bir daha Təbrizdə elmi-siyasi fəaliyyətlərinə start verdi. Birinci Dünya Müharibəsinin başlanması ilə Osmanlı qüvvələri sərhədi keçərək İran torpaqlarını işğal etdikləri zaman, Xiyabani onların işğalçı siyasətləri əleyhinə çıxış etdi. Buna görə də az bir müddətə osmanlılar tərəfindən azadlıqdan məhrum edildi.

1918-ci ildə rus hərbi hissələrinin İrandan çıxması ilə onların tarixi rəqibi olan ingilislər İranın şimal bölgələrini də nüfuz dairələrinə salmağa çalışdılar. İngilislər bundan əvvəl əsasən cənub hissələrdə ağalıq edirdilər.

Ölkənin xarici qüvvələrin istilası altına keçməsi, xarici hərbçilərin zülmkarlıq və cənayətləri xalqı üzücü vəziyyətə gətirmişdi. Digər tərəfdən şah hakimiyyətinin istibdadçı və yaramaz siyasətləri ictimai-siyasi durumu dözülməz hala salmışdı. Hökumət başçıları siyasi işlərində xaricdən asılı idilər. Vüsuqüddövlənin 1919-cu ildə qol çəkdiyi bədnam saziş bu vəziyyətin əyani sübutudur. Xiyabani hakim dövləti zəif və passiv bir hökumət kimi qələmə verərək, ölkənin xarici işğalçılıqdan və daxili istibdaddan qurtuluş yolunu ümumi bir üsyan və qiyamda görürdü.

1919 sazişinin imzalanmasından sonra Təbrizdə Xiyabaninin rəhbərliyi altında üsyan baş qaldırdı. Hərəkatın nəzəri cəhətini Xiyabani neçə ay əvvəl başlayaraq "Təcəddüd" adlı qəzetində izah etmişdir.

Daxili istibdada son qoymaq, xalqa ifadə azadlığı vermək, hakimiyyətin zülmlərinin qarşısının alınması, imperializm ağalığını aradan qaldırmaq və xarici hərbi qüvvələri ölkədən çıxarmaq üsyançıların əsas tələblərini təşkil edirdi. Üsyançılar dövlət idarələrini ələ keçirərək idarə etdikləri əraziləri mərkəzi dövlətin istibdadı əleyhinə işarə olaraq Azadistan adlandırırdılar.

Xiyabaninin hərəkatı Məşrutə hərəkatının davamı olaraq, daxili və xarici dairələrin hədsiz zülmünə qarşı bir qiyam idi. O, dəfələrlə bəlağətli nitqlərində başçılıq etdiyi üsyanı İranın xarici imperializmdən və daxili despotizmdən qurtuluşu uğrunda başlayan bir hərəkat kimi təqdim edirdi.

Xiyabaninin irəli sürdüyü fikirlər və həyata keçirdiyi tədbirlər sözsüz ki, başda olaraq İngiltrəni və sonra daxili əlbirlərini nigaran edirdi. Onlar nəhayət İranın nicatı uğrunda baş qaldıran 6 aylıq hərəkatı məğlub etmək üçün hücuma keçdilər.

1920-ci il sentiyabrın 14-də istibdad qüvvələri Təbriz üzərinə hücuma keçərək, şəhəri üsyançıların əlidən çıxardılar. Xiyabaninin şəhid edilməsi ilə qiyama son qoyuldu. Hərəkatda iştirak edən şəxslərin çoxu həmin gün öldürülüb evləri talan edildi.

Xiyabani Sürxab məhəlləsində yerləşən Seyid Həmzə qəbristanlığında torpağa tapşırıldı. Sonralar ailəsi onun cənazəsinin qalıqlarını Rey şəhərində Şah Əbdüləzim imamzadəsinə köçürtdülər.

Muhəmməd Sədr

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır