Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin İslamazeri.az saytına istinadla verdiyi xəbərə əsasən Mübariz Ruhani Abgül Süleymanov Qobustandakı qapalı tipli həbsxanaya göndərilir.
Mübariz Ruhani Abgül Süleymanovun vəkili və qohumları bu gün13 saylı cəzaçəkmə müəssisəsinə gediblər. Vəkil Cavad Cavadov Azadə Ruhani ilə də görüşüb: "Mən bu gün 13 saylı cəzaçəkmə müəssəsində müvəkkilimlə görüşdüm. O dedi ki, dünən keçirilən məhkəmə iclasında Dövlət ittihamçısı 3 dəfə karsa salındığı üçün onun 3 il müddətinə Qobustan qapalı həbsxanasına göndərilməsi barədə vəsatət qaldırıb. Hakim Hacı Abgül Süleymanovun cəzasının növbəti 6 ayının Qobustan qapalı tipli həbsxanasında çəkməsi barədə qərar qəbul edib. Hacı Abgül Süleymanov 20 gün ərzində Qobustan qapalı tipli həbsxanasına göndəriləcək. Təbii ki, biz bu qərardan apellyasiya şikayəti verəcəyik.”
Qeyd edək ki, Hacı Abgül Süleymanov hələ də karsda saxlanılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır