19 aprel 2013 - 19:30
Siyavuş Novruzovun “mustafası”

Akif Heydərli: Milli Məclisimizdən növbəti anti-İslam, anti-müsəlman, anti-Azərbaycan fikri səsləndirilməyə başlandı.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən “Millət vəkili” S.Novruzovun MM-də irəli sürdüyü anti-Azərbaycan və anti-İslam təklifə AİP-dən münasibət bildirildi.

Məlumdur ki, İtaliyanın keçmiş prezidenti, israil rejiminin baş naziri şəhvani ehtiraslarını cilovlaya bilmədiklərinə, xislətlərinə uyğun hərəkət etdiklərinə görə, ölkələrində ictimai qınağa tuş gəldilər. Bir sıra  qərb ölkələrində isə daha  eybəcər, cəmiyyət və bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilmiş geylərin “davranışına” hüquqi don geyindirilməsi, eynicinslilərin ailə nigahına daxil edilməsinin qanuniləşdirilməsi prosesi genişlənməkdədir.

Bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisində fahişəliyin rəsmiləşdirilməsi təklifi ilə çıxış edən və özünü azərbaycanlı, “Müsəlman” hesab edən Səyavuş Novruzovun mövqeyi başadüşülən deyil. Birincisi, S.Novruzov bu nümunəni götürdüyü qütblərdə insanların mənəvi durumu bizə bəllidir. Bu istiqamətdə buraxılmılş səhvlərin düzəldilməsi həmin xalqlar üçün ağır müşkülə çevrilib. İkincisi bu  təklifin sifarişçisi yəqin ki, Azərbaycanda onun dərhal qəbul olunacağını zənn edir. Axı buna çoxdan hazırlıqlar gedir. Corc Soros fondunun dəstəyi və ayırdığı maliyyə ilə respublikamızın ayrı-ayrı bölgələrində qadınlara cinsi əlaqədə davranış gigiyenası adı ilə erotik dərslərin keçirilməsi yəqin ki, məhz bu gün üçün lazım imiş.

Bəs görəsən deputatın bu tip təklifin verilməsində marağı nədən ibarətdir? Buna yəqin ki, hamıdan doğru elə S.Novruzov cavab verə bilər, əgər etiraf etməyi bacarsa. O zaman Səyavuş Novruzovun  “mustafası” görünər.

Amma bir millətin elçisinə yaraşmayan təklifi millət vəkili dilə gətirib elan edirsə, deməli, belələrinin ümidinə qalsaq bizləri, xalqımızı yaxşı gələcək gözləmir. Kərbəlayi İsmayıl demişkən, bu millətin torpağı talandı, sərvəti talandı, büdcəsi talandı, mənəvi dəyərləri talandı, bircə namusu qalmışdı, deyəsən  ona da göz dikənlər tapıldı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır