Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən ABŞ-da yerli vaxtla saat 14.50-də Boston marafonunun yekun mərhələsində iki partlayış baş verib. Partlayışlar arasında 20 saniyəlik fərq olub. Hadisə zamanı azı 3 nəfər həlak olub, 140 nəfər yaralanıb. Ölənlər arasında 8 yaşlı oğlan usağı da var.
Yerli hospitallar çoxlu sayda insanın qəlpə yarası aldığını, açıq yaraların olduğunu və əl, ayaq kimi orqanlara ciddi zədələrin dəydiyini xəbər verirlər.
CNN-in verdiyi son məlumata görə ayağından zədə almış Səudiyyə Ərəbistanı vətəndaşı hazırda polis nəzarəti altındadır, lakin indiki zamanda o, şübhəli hesab olunmur.
Qeyd edək ki, ABŞ polisləri tərəfindən yaralı insanlar arasında məhz ayağından zədə almış Səudiyyə Ərəbistanı vətəndaşını nəzarət altına almaqları, bird aha 11 sentyabr olaylarını yda salır...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır